SİMA

SİMA

Business
  • Platform:Android
  • Version:3.3.2
  • Size:73.0 MB
  • Developer:AzInTelecom
4.3
Description

SİMA: Yeni Nəsil Rəqəmsal İmza

SİMA, bulud texnologiyaları və üztanıma sistemindən istifadə edərək yaradılmış, tamamilə yeni bir rəqəmsal imza həllidir. Mobil tətbiq vasitəsilə, evinizdən çıxmadan, sənəd toplamadan və növbədə gözləmədən, cəmi bir neçə dəqiqə ərzində rəqəmsal imza əldə edə bilərsiniz. Ən əhəmiyyətlisi isə, bu xidmət tamamilə ÖDƏNİŞSİZDİR.

SİMA artıq müxtəlif maliyyə, sığorta və dövlət elektron xidmət sistemlərinə inteqrasiya olunub. Bundan əlavə, "Digital Login" sistemi ilə də əlaqələndirilərək, bir çox dövlət və özəl qurumların xidmət portallarına giriş imkanı təmin edir.

SİMA ilə aşağıdakı imkanlardan istifadə edə bilərsiniz:

  • Maliyyə Xidmətləri: BOKT əməliyyatları, bank əməliyyatları (kredit, kart sifarişi, hesab açma, hesab çıxarışı, pul köçürməsi, şəxsi kabinetə giriş).
  • Sığorta Xidmətləri: KASKO sığortası, həyat sığortası, sığorta müqavilələrinin və müraciət anketlərinin imzalanması.
  • Dövlət Elektron Xidmətləri: Güzəştli mənzil sistemi, Elektron məhkəmə, E-Polis, Elm və Təhsil Nazirliyi, Dövlət Vergi Xidməti əməliyyatları.
  • Digital Login: 80-dən çox portal və xidmətə giriş.

Məsələn, "PAŞA Bank" əməkhaqqı kartı sahibləri nağd kredit üçün müraciət edə, "Turan Bank"da əmanət yerləşdirə, "Yelo Bank"ın Yelo mobil tətbiqində sürətli qeydiyyatdan keçə və "Digital Login" vasitəsilə müxtəlif xidmətlərdən istifadə edə bilərlər. İnteqrasiya prosesi davam edir və daha çox qurum əlavə olunacaq.

SİMA İmzanın üstünlükləri:

  • İstifadə rahatlığı və yüksək təhlükəsizlik.
  • Tamamilə ödənişsiz.
  • Mobil tətbiqdə asan və sürətli qeydiyyat.
  • Elektron sənədlərin dərhal imzalanması.
  • Rəqəmsal imzanız hər zaman sizinlədir.

SİMA İmza mobil tətbiqini yükləyin, şəxsiyyət vəsiqənizi oxudun və üztanıma vasitəsilə kimliyinizi təsdiq edərək yeni nəsil rəqəmsal imzanıza sahib olun.

Tags : Business